Ərəb koalisiyası Yəməni bombalayıb, 19 nəfər ölüb


Dünya 25 Okt 2018 08:02:00 249 0

Ərəb koalisiyası Yəməni bombalayıb, 19 nəfər ölüb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası aviasiyasının Yəmənin qərbində yerləşən Hodeyda əyalətinin Beyt əl-Fakih dairəsinin Əl-Məsul rayonuna endirdiyi zərbələr nəticəsində azı 19 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Masirah" telekanalının "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

Prezident Əbd Rəbbu Mənsur Hadini dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası artıq bir neçə aydır ki, mühüm strateji limanın yerləşdiyi Hodeydanı üsyançı husilərdən almağa cəhd göstərir. Lakin hökumətyönlü qoşunlar şəhər üzərində nəzarəti ələ keçirə bilmirlər.