Floridada konqresmenin ofisi təxliyyə olunub


Dünya 24 Okt 2018 22:41:00 254 0

Floridada konqresmenin ofisi təxliyyə olunub

ABŞ-ın Florida ştatının Sanrayz şəhərində konqresmen Debbi Vasserman-Şultsa məxsus ofis partlayış təhlükəsi səbəbindən təxliyyə olunub.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə "WPLG Local 10" telekanalı məlumat yayıb.

Şəhər polisi nümayəndəsinin məlumatına görə, binada qadın siyasətçiyə ünvanlanmış və içində partlayıcı maddənin olduğu ehtimal edilən paket aşkar edilib.