Cümhuriyyət tarixi sənədli kadrların dili ilə (FOTO)


Digərləri 24 Okt 2018 20:20:00 236 0

Cümhuriyyət tarixi sənədli kadrların dili ilə (FOTO)

Oğuz və İsmayıllıda Cümhuriyyət tarixi gənclərə sənədli kadrların dili ilə çatdırıldı.

Bakı. Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirlər İsmayıllı və Oğuz rayonlarında keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, Oğuz rayonu Mədəniyyət evində keçirilən tədbirdə Fondun yerli nümayəndəsi Anar Məcidov qonaqları salamlayıb və Fondun maarifləndirici layihələrindən söhbət açıb. ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyevin “Azərbaycan Cümhuriyyəti kadrlarda” mövzusunda mühazirəsindən sonra Mərkəzin istehsalı olan “Sarmaşıqlı məzarlar” sənədli filmi nümayiş olunub. Nümayişdən sonra Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı gənclərə “Cümhuriyyət dövründə mədəniyyət” mövzusunda məlumat verib, mövzu ətrafında geniş müzakirə keçirilib.