“ASAN xidmət”ə ayrılacaq vəsait 4,1 milyon manat artırılır


Digərləri 24 Okt 2018 18:49:00 267 0

“ASAN xidmət”ə ayrılacaq vəsait 4,1 milyon manat artırılır

Gələn ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət") ayrılacaq vəsait artırılır.

Son.az report-a istinadən xəbər verir ki, 2019-cu ilin büdcəsindən Dövlət Agentliyinə 28 milyon 183 min 220 manatın ayrılması planlaşdırılır.

Bu məbləğ 2018-ci ildəki vəsaitdən 4 milyon 120 min 861 manat çoxdur.