Adam oğurluğu və digər ağır cinayətlərdə təqsirləndirilən dəstəyə 30 il cəza verildi


Digərləri 24 Okt 2018 18:22:00 270 0

Adam oğurluğu və digər ağır cinayətlərdə təqsirləndirilən dəstəyə 30 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu, xuliqanlıq və digər ağır cinayətlərdə təqsirləndirilən Rüfət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Əmirov 1 il 6 ay, Kamil Əmirov, Rüfət Kərimov və İsmayıl İbrahimov 7 il, Elvin Hüseynov isə 8 il azadlıqdan məhrum edilib.

Hökmə görə Rüfət Əmirov ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə bəraət alıb, yalnız xuliqanlığa görə cəza verilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Rüfət Əmirov qanunsuz silah saxlamağa görə saxlanılıb.