Zərdabda traktorla toqquşan maşının sürücüsü öldü


Digərləri 24 Okt 2018 16:52:00 240 0

Zərdabda traktorla toqquşan maşının sürücüsü öldü

Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 19 radələrində Zərdab rayonunun Dəkkəoba kəndi ərazisində şəhər sakini Rövşən Həsənovun idarə etdiyi “Belarus” markalı traktorla Bəyimli qəsəbə sakini Əjdər Əhmədovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil toqquşub və nəticədə Ə.Əhmədov hadisə yerində ölüb.