Maşın ağaca çırpıldı:


Digərləri 24 Okt 2018 16:46:00 246 0

Maşın ağaca çırpıldı:

Oğuz rayonunda yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı, 90 LZ 907 dövlət qeydiyyatı nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər - Qax rayon sakinləri Ruhiyə Qurbanova, Elmira Qurbanova (uşaq), Məryəm Azər qızı İmanova və Mədinə Mənsur qızı Qurbanova Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicələrinin davam etdirilməsi üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.