8 ayda 9877 boşanma Qayınana müdaxiləsinin ACI SONLUĞU


Digərləri 24 Okt 2018 15:52:00 277 0

8 ayda 9877 boşanma  Qayınana müdaxiləsinin ACI SONLUĞU

"Qırağına bax bezini al, anasına bax qızını al..." 

İllərdir yeni ailələrin qurulması ərəfəsində əsas meyar olan bu atalar sözü 21-ci əsrdə də öz aktuallığını qoruyub saxlayır və müasir dövrdə bəzi anaların öz qızlarının evinin dağılmasına vəsilə olması ilə bağlı daha çox uzlaşır. Bəli, son dövrlər Azərbaycanda ailələrin dağılma səbəblərindən biri kimi qız analarının yeni cütlüyün şəxsi məsələlərinə müdaxiləsini əsas göstərmək olar. Müdaxilələr isə ailənin yenicə qurulma ərəfəsindən start götürür: "Qızım filan firmanın gəlinliyini geyinməlidir", "qızım filan salonda bəzənməlidir", "filan birillantı taxmalıdır" və s. Toydan sonra isə şərtlər daha da qəlizləşir. Qız analarının hamiləlik vaxtı həkim seçimi, doğuş vaxtı xəstəxana seçimi, ayrı evə çıxmaq kimi tələbləri baş qaldırır. Zərbə isə çiçəyi burnunda olan cütlüyə dəyir və yenicə qurulan ailə dağılır.  Son vaxtlar Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Bunu rəsmi statistika da təsdiqləyir.

Ekspetlər ailələrin dağılmasında bir çox səbəbləri əsas göstərirlər. Səbəblər adi sözdən tutmuş, sosial, məişət problemlərinə qədər uzanır.

Bu ilin 8 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub. Rəsmi statistika göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə  14514 boşanma halı baş verib.

Ötən il daha çox 30-34 yaşlı kişilər və 25-29 yaşlı qadınlar nikah münasibətlərinə son qoyublar.

Ailələrimizdə hökmranlıq etmək trendi...

Son.az xəbər verir ki, "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovamodern.az-a bildirib ki, yeni qurulan ailələrə müdaxilə məsələsi çox ciddi problemdir:

"Fərq etmir bunu qız anası edir, yaxud oğlan anası edir. Təbii ki, qız anaları övladları üçün ideal mühit, rahatlıq istəyirlər. Bu rahatlığın içərisində təəssüflər olsun ki, dözümlülük, tolerantlıq, qarşılıqlı hislərin təbliği yox, hökmranlıq etmək üstünlük təşkil edir. Əslində  bizim ailə münasibətlərimizdə hökm etmək, birinci olmaq, söz keçirmək əsas prioritet kimi qəbul olunub. Bu isə yeni ailə quran gənclərin müstəqil qərar qəbul etməsinə maneçilik törədir".

"Bəzi analar qızlarını yönləndirir"

Qızlarını yönləndirən analara gəldikdə, hüquq müdafiəçisi hesab edir ki, bir çox vaxt hallarda bu cür analar maddi baxımdan üstün olanlardır: