"Sizin yeriniz mənim arxamdır"


Şou-biznes 24 Okt 2018 13:31:00 354 0

"Sizin yeriniz mənim arxamdır"

Müğənni Afaq Aslan haqqında danışanlara sərt cavab verib.  Son.az baku.ws-ya istinadən xəbər verir ki, müğənni paylaşdığı bir şəklin böyük müzakirələrə səbəb olmasına aydınlıq gətirib.  Afaq hansı yalandan söhbət getdiyini anlaya bilmədiyini bildirib:  "Çünki mən heç bir şəklin altına yazmamışam ki, ay camaat, bu mənəm. İnsanların təfəkkürü, ağılı, düşüncə tərzi çox zəifdir. Belə çıxır ki, sabah səhifəmdə çaynik şəkli paylaşsam, o da mənəm? Şəkildi də. Sadəcə olaraq, mən o şəkil paylaşanda şou-biznesin ikiüzlü insanlarına xitabən fikirlər ifadə etmişəm. Sözlərimə uyğun olaraq arxamı çöndərmişəm. Onlar mənim üçün vız gəlir. Arxamca danışın. Sizin yeriniz, onsuz da, mənim arxamdır".

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin: