Sabiq müdafiə naziri həbs edildi – korrupsiyaya görə


Digərləri 24 Okt 2018 13:38:54 237 0

Sabiq müdafiə naziri həbs edildi – korrupsiyaya görə

Yunanıstanda məhkəmə qərarı ilə sabiq müdafiə naziri Yannos Papantoniu və həyat yoldaşı Stavrula Kuraku həbs edilib.

Bakı. Yunanıstanda məhkəmə qərarı ilə sabiq müdafiə naziri Yannos Papantoniu və həyat yoldaşı Stavrula Kuraku həbs edilib. Trend-in məlumatına görə, onlar korrupsiyada və çirkli pulların yuyulmasında ittiham olunurlar. Belə ki, Y.Papantoniu 2003-cü ildə vəzifəsinin icrasına görə hədiyyə qismində 2,8 milyon İsveçrə frankı almaqda, S.Kuraku isə cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasında günahlandırılır.