ISESCO-nun baş direktoru və Aİ nümayəndəliyinin rəhbəri Azərbaycanın mobil rezidenti oldu (FOTO)


Digərləri 24 Okt 2018 12:21:00 292 0

ISESCO-nun baş direktoru və Aİ nümayəndəliyinin rəhbəri Azərbaycanın mobil rezidenti oldu (FOTO)

Azərbaycanda qeyri-rezidentlərə “ASAN İmza” mobil elektron imzasının verilməsi sistemi istifadəyə verilib

Bakı. Hüseyn Vəliyev - Azərbaycanda qeyri-rezidentlərə “ASAN İmza” mobil elektron imzasının verilməsi sistemi istifadəyə verilib. Trend-in məlumatına görə, bununla əlaqədar olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və ISESCO-nun təşəbbüsü ilə beynəlxalq konfrans keçirilib. Konfransda qeyd olunub ki, Azərbaycan Estoniyadan sonra e-rezident statusu verən ikinci ölkə olub. Konfrans çərçivəsində tarixdə ilk dəfə mobil rezident statusu verilib. Bu status ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və Avropa İttufaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasa təqdim edilib. Qeyd edək ki, mobil rezidentlik “Bakcell” mobil operatorunun bazasında hazırlanıb. Qeyri-rezidentlərin e-imza sertifikatlarının, eləcə də e-rezident statusunun alınması üçün müraciətləri Azərbaycanın səfirlik və konsulluqlarında qəbul edilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin