Kiyevdə qazın bahalaşmasına etiraz edirlər


Dünya 24 Okt 2018 12:09:00 230 0

Kiyevdə qazın bahalaşmasına etiraz edirlər

Ukraynanın paytaxtı Kiyevdə mitinq keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenkonun "Batkivşina" partiyasının təşkil etdiyi mitinqin iştirakçıları qazın qiymətinin qalxmasına etiraz edirlər.

Prezident Administrasiyasının inzibati binasının yaxınlığına toplaşan etirazçıların qarşısını polis əməkdaşları kəsib.