“Hamının atası anam kimi olsun”


Şou-biznes 24 Okt 2018 10:29:00 247 0

“Hamının atası anam kimi olsun”

“Oğlan təbiətli olmuşam və hər zaman oğlanlarla dostluq etmişəm"

Oğlan təbiətli olmuşam və hər zaman oğlanlarla dostluq etmişəm. Evlərin damına çıxıb oynayırdım. Hətta bir dəfə damdan yıxılmışam. Amma heç nə olmamış kimi ayağa qalxmışam. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Səmra Rəhimli "Altın Kelebek" mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim" adlı sənədli filmdə danışarkən bildirib. O, proqramda anasıyla yaxın rəfiqə olduğunu qeyd edib:

"Anamla çox yaxın rəfiqəyəm. İşimdə də anamdan başqa kim mənə ən yaxşısını arzulayar? Məktəbdə oxuyanda bir sirrim var idi, bunu anama danışmaq istəyirdim. O, çox yaxşı münasibət göstərdi. Bundan sonra başa düşdüm ki, bütün sirrlərimi onunla bölüşə bilərəm".


Xəbərə aid fotolar