Muğanbank müştərilərinə daha bir yeni xidmət təqdim etdi


Digərləri 24 Okt 2018 10:15:00 221 0

Muğanbank müştərilərinə daha bir yeni xidmət təqdim etdi

Muğanbank müştərilərinə daha bir yeni xidmət təqdim etdi. Muğanbankın məhsulu olan "Monex" təcili pul köçürmə sistemi "Mobil bankinq" proqramına əlavə olundu. Qeyd olunan proqram vasitəsilə, vaxt itirmədən, günün 24 saatı pul köçürmələrini həyata keçirmək mümkündür.

Muğanbanka məxsus olan bütün növ plastik kartların sahibləri ölkədaxili təcili pul köçürmələrini rahat şəkildə həyata keçirə bilərlər. Xidmətdən istifadə qaydası çox sadədir. Muğanbanka məxsus olan plastik kartların sahibləri "Mobil bankinq" proqramında "Cash by Code" menyusuna daxil olub, "Monex" bölməsini seçib, ölkədaxili təcili pul köçürmələrini həyata keçirə bilərlər.

Göndərilən vəsait ölkədaxili 550-dən artıq "Monex" məntəqələrindən qəbul edilə bilər.