Camal Haşoqqinin başı konsulun evindən tapıldı


Dünya 24 Okt 2018 09:34:00 300 0

Camal Haşoqqinin başı konsulun evindən tapıldı

Britaniyanın nüfuzlu nəşrlərindən olan "Skynews" İstanbulda vəhşicəsinə öldürülən jurnalistlə bağlı iddia yayıb.

Son.az bildirir ki, "Skynews"un İstanbuldakı xüsusi müxbiri Aleks Kraufordin əldə etdiyi məlumata görə, "Washington Post"un köşə yazarı Camal Haşoqqinin bədəninin bəzi hissələri Səudiyyənin İstanbuldakı konsulunun evindədir.

İddialara görə, konsul onun cəsədinin hissələrini konsulluq binasından 500 metr uzaqlıqda yerləşən evinin həyətində gizlədib.

Məqalədə Haşoqqinin üzünün tanınmaz hala düşdüyü qeyd olunub.


Xəbərə aid fotolar