"ABŞ dünyanın və insan haqlarının düşmənidir"


Dünya 24 Okt 2018 09:06:00 269 0

"ABŞ dünyanın və insan haqlarının düşmənidir"

Boliviya prezidenti Evo Morales Vaşinqtonun orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair razılaşmadan çıxmaq istəməsi səbəbindən ABŞ-ı dünya üçün təhlükə adlandırıb.

Son.az report-a istinadən xəbər verir ki, prezident bunu öz "Twitter" səhifəsində yazıb.

"Tramp minlərlə mərkəzi amerikalı miqranta qarşı Meksika ilə sərhədə qoşun göndərəcəyi ilə hədələyir, Rusiya ilə orta hərəkət radiuslu nüvə qüvvələri üzrə sazişdən çıxacağını elan edir. ABŞ dünyanın və insan haqlarının düşmənidir", - Morales bildirib.