Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir


Dünya 24 Okt 2018 08:26:00 377 0

Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir

Gürcüstan hökuməti vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar üçün şərtləri sərtləşdirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla əlaqədar olaraq "Əcnəbilərin hüquqi vəziyyəti və vətəndaşlığı olmayan şəxslər haqqında" Qanuna dəyişikliklər olunacaq.

Bununla əlaqədar "Vahid Milli Hərəkat" partiyasının hazırladığı qanun layihəsi Gürcüstan parlamentinin siyasi iqtisadiyyat komitəsində birinci oxunuşda müzakirə olunub və dəstəklənib.