Məşhur müğənni təcili xəstəxanaya yerləşdirilib


Digərləri 24 Okt 2018 08:11:00 249 0

Məşhur müğənni təcili xəstəxanaya yerləşdirilib

Ukraynalı müğənni Svetlana Loboda Moskvada təcili xəstəxanaya yerləşdirilib.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə "StarHit" jurnalı yazıb.

Bildirilir ki, 36 yaşlı aktrisa qarın nahiyəsində kəskin ağrılar ilə paytaxt xəstəxanalarından birinə aparılıb. Hazırda ifaçı həkimlərin müayinəsi altındadır, onun əməliyyat olunma ehtimalı var.

Nəşr yazır ki, müğənniyə dəqiq hansı diaqnozun qoyulduğu məlum deyil, lakin onun vəziyyəti orta-ağır qiymətləndirilir.