Milad dövründə İspaniyada 400 mindən çox yeni iş yeri yaradılacaq


Dünya 24 Okt 2018 08:15:00 233 0

Milad dövründə İspaniyada 400 mindən çox yeni iş yeri yaradılacaq

Bu il İspaniyada əmək müqavilələrinin sayına görə tarixi rekord müəyyən olunacaq və onların sayı 406 minə çatacaq.

İşə düzəlmə məsələlərində ixtisaslaşan "Randstad" şirkəti tərəfindən dərc olunan məqalədə deyilir ki, Milad bayramı dövründə istehlak və turizmlə birbaşa bağlı olan sektorlarda 406 min yeni əmək müqaviləsinin imzalanmasına zərurət yaranır. Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabr, dekabr və yanvar aylarında bütün İspaniya ərazisində ticarət, mehmanxana və nəqliyyat biznesi sahələrində iş yerlərinin sayı 8,3 faiz artacaq.