Fikrinizdən keçən hər şeyə inanmayın


Digərləri 23 Okt 2018 23:55:00 276 0

Fikrinizdən keçən hər şeyə inanmayın

Bədbin olmaq nikbin olmaqdan daha asandır. Çünki insan başqalarını tənqid edib, onların səhvini tutmağı sevir. Ancaq onlara nikbin baxışla baxmaq hər kəsin hünəri deyildir.

Amma müsbət düşünmək insanın həm ruhunu və həm də cismini sağlam saxlayar və insanların sevimlisi olmağa yardım edər.

Son.az deyerler.org-a istinadən bildirir ki, nikbin düşünmək üçün bəzi  əməllər tövsiyə olunur ki, onlarla tanış olaq:

1. Bilin ki, hər bir çətinlik bir imtahandır. İnsan bunu dərk etməlidir ki, dünya imtahan dünyasıdır və ona üz verən hər bir müsibət, dərs alması üçün baş verər. Ona görə də müsibətə gileylənmək yerinə, həmin dərsin nə olduğunu tapmağa çalışaq və bu haqda düşünək.

2. Fikrinizdən keçən hər şeyə inanmayın. Əslində dünya çətinlikləri, zehnimizin bizə göstərmək istədiyi kimi böyük deyildir. Ona görə də nikbin düşüncələri artırın və zehninizdə bir araşdırma aparın. Çalışın düşündüyünüz hər bir şeyə inanmayasınız. Çünki bəzən həqiqətdən uzaq olur.

3. Qədir bilən, dəyər verən olun. Başınıza gələn hər hadisəyə görə qədir bilən, dəyər verən olun. İnsanların sizə etdiyi hər bir xidmətə görə təşəkkür edin və onların qədrini bilin.

4. Bilin ki, baş verən hər hadisənin səbəbi vardır. Həyatınıza girən hər bir insanın, baş verən hər bir hadisənin səbəbi vardır. Sizin məsuliyyətiniz isə budur ki, həmin hadisəni nikbin baxışlarla qəbul edəsiniz. Nəticədə bədbin fikirlər sizi tərk etməyə başlayacaqdır.