İmam Hüseyn rəcətdən sonra 300 il hökumət edəcək?


Digərləri 23 Okt 2018 23:50:00 282 0

İmam Hüseyn rəcətdən sonra 300 il hökumət edəcək?

Həqiqətən də, İmam Hüseyn (ə) rəcət zamanı zühur edən İmamlardan (ə) olacaqdır. Bu haqda çox sayda hədislərimiz vardır.

Belə ki, hədislərimiz buyurur ki, ilk rəcət edən İmam - İmam Hüseyn (ə) olacaqdır. İmam Sadiq (ə) nəql edir:"Rəcət zamanı qayıdan ilk kəs - Hüseyndir (ə). Dünyada o qədər qalacaqdır ki, qaşları gözünün üstünü alacaqdır".

İmam Baqir (ə) nəql edir: "İmam Hüseyn (ə) buyurmuşdur: "Qiyamətdən əvvəl yer aralanan zaman ilk çıxan kəs mən olacağam. Peyğəmbər (s) qılıncını Ali-Qaimin (ə) əlinə verəcəkdir. Ondan sonra biz Allahın istədiyi qədər yer üzündə qalacağıq".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Hüseynin (ə) hökumət etdiyi zaman barəsində iki nəzər vardır.

Bir dəstə onun nə qədər müddət hökumət edəcəyini dəqiq demir, bu zamanın uzunmüddətli olduğunu bəyan edir. Əvvəlki hədislərdə bəyan olunduğu kimi.

Bir dəstə isə onun hökuməti üçün müəyyən müddət təyin etmişdilər.