Ucarda yaşlı qadını maşın vuraraq öldürüb


Digərləri 23 Okt 2018 22:22:00 296 0

Ucarda yaşlı qadını maşın vuraraq öldürüb

Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Heydər Əliyev prospektində yolu keçmək istəyən 64 yaşlı Xuraman İsmayılovanı hərəkətdə olan minik maşını vurub.

Qəzadan sonra sürücü yaralını dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.