“Winamp” illər sonra geri qayıdır


Digərləri 23 Okt 2018 21:40:00 273 0

“Winamp” illər sonra geri qayıdır

"Winamp" musiqi proqramı bir tətbiq olaraq telefonlara gəlməyə hazırlaşır.

Son.az modern.az-a istinadən bildirir ki, 1997-ci ildə ilk dəfə olaraq fəaliyyətə başlayan "Winamp" 2002-ci ildə AOL tərəfindən alınmış və inkişaf etdirilmişdi.

Pulsuz yüklənə bilməsi və musiqilər üzərində hakim olması proqramı rəqiblərindən üstün olmasına gətirib çıxarmışdı. 2014-cü ildə isə AOL şirkəti "Winamp"ı "Radionomy" adlı bir şirkətə satdı.

İndi isə "Winamp" mobil tətbiq kimi ortaya çıxmağa hazırlaşır. Radionomy baş icraçı direktoru Aleksandr Sabundjian "Winamp"ın mirasını daşıdıqlarını və növbəti mobil versiyanın sahəsində ən yaxşısı olacağını qeyd edib.