Türkiyə polisi Camal Qaşıqçıya məxsus əşyalar tapıb


Dünya 23 Okt 2018 21:31:00 258 0

Türkiyə polisi Camal Qaşıqçıya məxsus əşyalar tapıb

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna məxsus avtomobildə jurnalist Camal Qaşıqçıya məxsus olduğu güman edilən əşyalar tapılıb.

Son.az "Report"a istinadən bildirir ki, xüsusi təlim keçmiş itlərin yardımı ilə aparılan ilkin axtarış zamanı polis iki çantada şəxsi əşyalar, kompüter və sənədlər aşkar edib. Sabah daha ətraflı axtarış aparmaq nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.