Göygöldə mebel sexi yanıb


Digərləri 23 Okt 2018 21:33:00 280 0

Göygöldə mebel sexi yanıb

Göygöl rayonunda mebel sexində yanğın baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində, yol kənarında yerləşən mebel sexlərinin birində qeydə alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları ilə yanaşı, Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən də 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 200 kvadratmetr sahəsi olan mebel sexinin dam örtüyü və içərisindəki bir çox əşyalar tamamilə yanıb. Yaxınlıqda yerləşən mebel mağazası isə yanğından mühafizə edilib. Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.