Tovuzda 22 yaşlı qız dərmandan zəhərlənib


Digərləri 23 Okt 2018 21:34:00 253 0

Tovuzda 22 yaşlı qız dərmandan zəhərlənib

Tovuz rayonunda 22 yaşlı qadın dərmandan zəhərlənib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Alakol kənd sakini, 1996-cı il təvəllüdlü Türkan Hüseynova xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan onun artıq miqdarda həb qəbul etdiyinə görə zəhərləndiyi bildirilir.

Hadisənin intihara cəhd olduğu da ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.