Uşağın sağlam olması üçün: Ata olmaq istəyənlərə


Digərləri 23 Okt 2018 21:08:00 260 0

Uşağın sağlam olması üçün: Ata olmaq istəyənlərə

Alimlərin bildirdiyinə görə, uşaqlarının sağlam doğulmasını istəyən atalar reproduksiya dövründən əvvəl idmanla məşğul olmalıdırlar.

"Diabetes" jurnalında dərc olunmuş yeni tədqiqatın nəticələrinə əsasən, yağlı yem verilən siçanların balalarının sağlamlıq problemlərilə üzləşərkən, hərəkətdə olan siçanların balalarında bu cür problemlər daha az olub.

Araşdırmanın rəhbəri, ABŞ-da Ohio Dövlət Universitetindən Kristin Stanford hesab edir ki, siçanlar üzərində keçirilmiş təcrübələrin nəticələri insanlarda da özünü göstərə bilər.

"Məlumdur ki, piylənmə kişilərdə testosteronun səviyyəsinin və spermanın azalmasına səbəb olur", - Kristin Stanford deyib.

İngiltərədə nəşr olunan i qəzetinin müxbiri Tom Bawden-nin qeyd etdiyi kimi, sön dövrlərdə keçirilmiş bəzi araşdırmalara görə, iknci tip diabetlə valideynlərin pis qidalanması bir əlaqənin olduğu müəyyən edilib.