Unibank 3-cü rübü də mənfəətlə başa vurub


Digərləri 23 Okt 2018 20:18:54 208 0

Unibank 3-cü rübü də mənfəətlə başa vurub

“Unibank” KB ASC 2018-ci ilin üçüncü rübünü də müsbət göstəricilərlə başa vurub.

Bakı. “Unibank” KB ASC 2018-ci ilin üçüncü rübünü də müsbət göstəricilərlə başa vurub. “Unibank”dan Trend-ə verilən məlumata görə, bir çox sahələrdə inkişafa imza atan bank ilin əvvəlindən bu yana 34 milyon manat mənfəət əldə edib. Üçüncü rüb ərzində ayrı- ayrı göstəricilər üzrə nəzərəçarpacaq artımlar qeydə alınıb. Hesabat dövründə bankın cəmi balans kapitalı 14,7 milyon manat (17%) artıb. İlin əvvəlindən başlayan müsbət inkişaf meyilləri, iyul-avqust-sentyabr ayları ərzində də davam edib. Hesabat dövrünə Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq sahəsində də nəzərəçarpacaq artım qeydə alınıb. Üçüncü rüb ərzində aktiv kreditləşmə müşahidə olunub. Rüb ərzində müştərilərə verilmiş kreditlər 28 milyon manat ( 7%) artaraq, xalis kredit portfeli 400 milyon manata çatıb. Ölkəmizdə sahibkarlığın inkişafına hər zaman dəstək olan Unibank, ötən dövrdə biznes layihələrinin maliyyələşdirilməsində aktivliyini daha da artırıb. Üçüncü rüb ərzində Unibank ölkə bankçılığı tarixində bir ilkə imza ataraq, korporativ kreditlərin onlayn verilməsi xidmətini müştərilərin istifadəsinə verib.