"Qarabağ"a texniki məğlubiyyət verildi, azarkeşlər "Neftçi"ni ziyana saldı


Digərləri 23 Okt 2018 18:01:00 214 0

"Qarabağ"a texniki məğlubiyyət verildi, azarkeşlər "Neftçi"ni ziyana saldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bakı. AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclasda Premyer Liqanın VIII turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Oktyabrın 20-də Premyer Liqanın VIII turunun “Qarabağ” – “Səbail” matçında “Qarabağ” klubunun heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 8000 manat cərimə olunub. Oktyabr 21-də “Keşlə” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.