“Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün təsərrüfatlar yaradılır (FOTO)


Digərləri 23 Okt 2018 17:55:00 242 0

“Sosial bağlar” layihəsi çərçivəsində 125 ailə üçün təsərrüfatlar yaradılır (FOTO)

Özünüməşğulluq proqramına dəstək olan “Sosial bağlar” layihəsi çərçivəsində 41 rayon üzrə 125 ailə üçün təsərrüfatlar yaradılır

Bakı. Özünüməşğulluq proqramına dəstək olan “Sosial bağlar” layihəsi çərçivəsində 41 rayon üzrə 125 ailə üçün təsərrüfatlar yaradılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən icra olunan “Sosial bağlar” layihəsi çərçivəsində sosial cəhətdən həsas qruplar üçün meyvə bağlarının salınması, tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının yaradılması işləri davam etdirilir. “Sosial bağlar” layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində respublikamızın 41 rayonu (Tərtər, Ağdam, Bərdə, Füzuli, Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran, Ağdaş, Kürdəmir, Yevlax, Beyləqan, Ucar, Siyəzən, Salyan, Sabirabad, Qobustan, Ağsu, İsmayıllı, Şəmkir, Daşkəsən, Samux, Ağstafa, Qazax və s.) üzrə 125 ailə üçün təsərrüfatlar yaradılır. O cümlədən, Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran rayonlarında da 17 nəfər üçün layihə çərçivəsində bağ sahələrinin salınması nəzərdə tutulub. Həmin rayonlarda bağların salınması üçün ayrılmış sahələrdə yeni ağacların əkilməsinə hazırlıq işləri çərçivəsində ilk növbədə bəzi sahələr bar verməyən qurumuş ağaclardan, kötüklərdən, kollardan təmizlənir. Həmçinin bağların salınması üçün digər sahələrin şumlanması və çəpərlənməsi işləri görülür.