Tramp cinsi azlıqlar haqqında: "Mən hamını müdafiə edirəm"


Dünya 23 Okt 2018 16:15:00 273 0

Tramp cinsi azlıqlar haqqında: "Mən hamını müdafiə edirəm"

ABŞ prezidenti Donald Tramp cinsi azlıqlar da daxil olmaqla, bütün amerikalıların hüquqlarını müdafiə edəcəyinə söz verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri jurnalistlərə bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ prezident administrasiyası cinsi mənsubiyyət anlayışı ilə bağlı hüquqi ifadənin daha darlaşdırılmasını nəzərədə tutan planın müzakirə olunduğunu bildirmişdi.