Baş Prokurorluq: Ləğv olunmuş MTN-in sabiq şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılmayıb


Digərləri 23 Okt 2018 15:12:00 229 0

Baş Prokurorluq: Ləğv olunmuş MTN-in sabiq şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılmayıb

Vüsal Ələkbərov hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müvafiq cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkir.

Bakı. Bəzi kütləvi informasiya vasitələrində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən guya vaxtından əvvəl azadlığa buraxılması və ya məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə informasiyalar yayılıb. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur.