VI Bakı Beynəlxalq Humanitar Forumunun proqramı açıqlandı


Digərləri 23 Okt 2018 14:20:00 238 0

VI Bakı Beynəlxalq Humanitar Forumunun proqramı açıqlandı

"Azərbaycanda ənənəvi hal alan və artıq neçə illərdir keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bu gün keçirilən mətbuat konfransında deyib.

V.Eyvazzadə bildirib ki, indiyə qədər ölkəmizdə keçirilən Humanitar forumlarda kifayət qədər nüfuzlu şəxslər, siyasətçilər, alimlər, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak edib.

O qeyd edib ki, 25-26 oktyabr tarixlərində Bakıda baş tutacaq VI Bakı Beynəlxalq Humanitar Forumunda da bu ənənə davam etdiriləcək və forumda kifayət qədər nüfuzlu şəxslər iştirak edəcək.

V.Eyvazzadə vurğulayıb ki, builki forum "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusunu əhatə edəcək. Nazirlik rəsmisi bildirib ki, forum çərçivəsində kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq.


Xəbərə aid fotolar