Sumqayıtda həyat yoldaşını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxundu


Digərləri 23 Okt 2018 13:21:00 260 0

Sumqayıtda həyat yoldaşını xüsusi amansızlıqla öldürən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Feyziyev 15 il azadlıqdan məhrum olunub.

İttihama görə, bu il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən R.Feyziyev könüllü olaraq polisə təslim olub.