Köşə yazarının barmaqlarını kəsib, "zəfər" kimi şahzadəyə aparıblar


Dünya 23 Okt 2018 11:44:00 248 0

Köşə yazarının barmaqlarını kəsib, "zəfər" kimi şahzadəyə aparıblar

"Washington Post"un köşə yazarı Camal Haşoqqinin kəsilmiş barmaqlarının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmana təhvil verildiyi iddia olunur.

Son.az Mirror-a istinadla xəbər verir ki, jurnalist Camal Haşoqqinin barmaqları diriykən kəsilərək "zəfər" nümunəsi kimi Məhəmməd ibn Salmana göndərilib.

15 nəfərlik dəstə onun diriykən barmaqlarını doğrayıb, sonra da bədənini hissələrə ayırıblar.

Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı müxaliflər üçün önəmli media platforması sayılan "Al Watan" qəzetinin rəhbərlərindən biri, Qərb mediasında Yaxın Şərqlə bağlı təhlilləri ilə tanınan jurnalist Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və itkin düşüb.


Xəbərə aid fotolar