Sürücülərin diqqətinə Bakının bu prospektində rənglənmə işləri aparılacaq


Digərləri 23 Okt 2018 11:14:00 253 0

Sürücülərin diqqətinə  Bakının bu prospektində rənglənmə işləri aparılacaq

AAYDA-dan Son.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən "Atletlər kəndi" (Bakı Nəqliyyat Agentliyi qarşısında) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Yusif Nəsirli Son.az