Tramp Rusiya və Çini ABŞın nüvə potensialını artırmaqla hədələyib


Dünya 23 Okt 2018 09:16:00 235 0

Tramp Rusiya və Çini ABŞın nüvə potensialını artırmaqla hədələyib

"Birləşmiş Ştatlar başqa ölkələr özünə gələnə qədər özünün nüvə potensialını artıracaq. Amma sonra Vaşinqton bu prosesi dayandırmağa və hətta silahların azaldılmasına başlamağa hazır olacaq".

Son.az Report-a istinadən bildirir ki, bu bəyanatla ABŞ prezidenti Donald Tramp jurnalistlər qarşısında çıxış edib.

Trampın sözlərinə görə, ABŞ nüvə silahlarının sayını Rusiya və Çin "özlərinə gələnə qədər" artıracaq.

"Bizdə onlardan daha çox pul var. Onlar özlərinə gələnə qədər silah istehsal edəcəyik. Nə vaxt onlar özlərinə gəlsələr, biz də ağıllı olacaq və dayanacağıq. Və nəinki dayanacağıq (silah istehsalını dayandıracağıq- red ), həm də sayını (silahların-red) azaldacağıq. Biz bunu bu gün məmnuniyyətlə edərdik. Amma bu gün onlar sazişə əməl etmirlər", - deyə Ağ Ev rəhbəri bildirib.

Tramp əlavə edib ki, onun sözləri Rusiya, Çin və bu oyunda oynamaq istəyən digər dövlətlər üçün təhlükədir.