"Instagram"da problem yaranıb


Digərləri 23 Okt 2018 08:43:00 276 0

"Instagram"da problem yaranıb

"İnstagram" mobil tətbiqinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən Avropa, Şimali və Cənub Amerika və Asiya ölkələrində müşahidə edilir. Qüsurlarla həmçinin Rusiya sakinləridə üzləşiblər, problemlər haqqında Moskva və Sankt-Peterbuq sakinləri xəbər verir.