Nikaraquada daşqın qurbanlarının sayı 17 nəfərə çatıb


Dünya 23 Okt 2018 08:30:00 258 0

Nikaraquada daşqın qurbanlarının sayı 17 nəfərə çatıb

Nikaraquada leysan yağışların səbəb olduğu daşqın qurbanlarının sayı 17 nəfərə çatıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Latina Prensa" agentliyi məlumat verib.

Ölkənin vitse-prezidenti Rosario Murilonun sözlərinə görə, həmin insanların əksəriyyəti məcrasından çıxan çayları keçməyə çalışarkən ölüblər. Murilo qeyd edib ki, hakimiyyət orqanları ölkənin şimalındakı torpaq sürüşməsindən əziyyət çəkən hər bir ailəyə yardım üçün təhlükəsizlik qüvvələri və avadanlıq göndərir.