Nazir: QarsİğdırNaxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir


Digərləri 23 Okt 2018 07:44:00 222 0

Nazir: QarsİğdırNaxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir

Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir.

Son.az bildirir ki, bunu Trend-əTürkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Onun sözlərinə görə, hazırda layihələndirmə, eləcə də dəmir yolunun inşası üçün tenderə hazırlıq işləri aparılır: "Məlum olduğu kimi, Qars-İğdır-Naxçıvan dəmir yolu ötən ilin oktyabr ayında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin davamıdır. Bu xətt Qarsda tikintisi hələ davam edən logistik mərkəz ilə də bağlı olacaq".