Pompeo de Mistura ilə Suriya Konstitusiya Komitəsinin formalaşdırılmasını müzakirə edib


Digərləri 23 Okt 2018 06:25:00 233 0

Pompeo de Mistura ilə Suriya Konstitusiya Komitəsinin formalaşdırılmasını müzakirə edib

ABŞ dövlət katibi Mayk Pompeo BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə Suriya Konstitusiya Komitəsinin formalaşdırılması məsələsində irəliləyişləri müzakirə edib

Bakı. ABŞ dövlət katibi Mayk Pompeo BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə Suriya Konstitusiya Komitəsinin formalaşdırılması məsələsində irəliləyişləri müzakirə edib. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Məlumatda bildirilir: "Dövlət katibi Mayk Pompeo BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə danışıb və xüsusi elçinin nail olduğu Konstitusiya Komitəsinin çağırılması məsələsində irəliləyişləri müzakirə edib".