Boyun disk yırtıqları


Digərləri 22 Okt 2018 23:57:00 364 0

Boyun disk yırtıqları

Boyun yırtığı boyun fəqərələrinin arasındakı qığırdağın onurğa beyni kanalına doğru yer dəyişdirməsi, çıxması nəticəsində, qola gələn sinirlərə və onurğaya təzyiq etməsi ilə yaranan xəstəlikdir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində ortoped-travmatoloq Vüqar Quliyev məlumat verib.

Həkim deyib: "Bu xəstəli özünü başlanğıcda yüngül ağrılar və boyun tutulması ilə büruzə verir. Xəstəlik zamanı işləmək çətinləşir, hansısa yük daşımaq boyun və kürəkdə ağrılara səbəb olur. Bundan əlavə yırtıq zamanı ağrılar sadəcə boyunda deyil, təzyiqə məruz qalan sinir boyunca kürək, çiyin, qol, əl bölgələrində də olur. Ağrı əsasən gecə yuxuda artır. Bu xəstələrdə sinir üzərində olan təzyiq əllərdə, qollarda gücsüzlüyə və keyləşməyə səbəb olur. Əşyaların tez-tez əldən düşməsi müşahidə olunur. Ani hərəkət etmədikdə və ya ağır yük qaldırmadıqda da ağrı varsa bunun səbəbi boyun disk yırtığı ola bilər. Boyun yırtığı zamanı başı sağa-sola çevirmək, arxaya əymək çətinləşir. Bu hərəkətlərin edilməsi kəskin ağrılara səbəb olur. Xəstəliyin simptomları olaraq ənsədə ağrı, başgicəllənmə, qulaqlarda səs, ürəkbulanmanı da misal çəkmək olar. Xəstəliyin irəliləməsində isə sidik və nəcisi saxlamaq çətinləşir".


Xəbərə aid fotolar