Azərbaycan neftinin 1 bareli təqribən 81 dollara satılır


Digərləri 22 Okt 2018 23:42:00 267 0

Azərbaycan neftinin 1 bareli təqribən 81 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 80,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,44 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 80,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.