Drezdendə ksenofobiya əleyhinə nümayiş keçirilib


Dünya 22 Okt 2018 23:09:00 223 0

Drezdendə ksenofobiya əleyhinə nümayiş keçirilib

Oktyabrın 21-də Almaniyanın Drezden şəhərində tolerantlıq və demokratiya tərəfdarlarının ksenofobiya əleyhinə nümayişi keçirilib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, nümayişdə on minə yaxın insan iştirak edib.

Aksiyada Saksoniya federal əyalətinin baş naziri Mixael Kreçmer, onun müavini Martin Duliq və əyalətin elm və incəsənət naziri Yeva-Mariya Ştanqe iştirak ediblər.

Həmin gün Drezdendə "Pegida" ksenofobiya hərəkatının da nümayişi təşkil olunub. Həmin aksiyada iki mindən beş minədək insanın iştirak etdiyi bildirilir.