Bu xəstəlik insanı daha tez qocaldır


Digərləri 22 Okt 2018 23:12:00 242 0

Bu xəstəlik insanı daha tez qocaldır

American Journal of Psychiatry jurnalı qocalma ilə bağlı olan yeni araşdırmanın nəticələrini dərc edib.

Araşdırmanın müəllifləri sübut edir ki, depressiyadan əziyyət çəkən insanlar bu xəstəliyi olmayan insanlarla müqayisədə xeyli tez qocalır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrinə görə, ağır depressiya xəstələrinin orqanizmi öz pasport yaşından 10-15 il daha yaşlı olur.

Depressiya insan orqanizminə hüceyrə səviyyəsində təsir edərək qocalma proseslərini sürətləndirir və insan ömrünü qısaldır.