Hitleri nüvə silahından məhrum edən diversant öldü "Qannersayd" ƏMƏLİYYATI FOTO


Digərləri 22 Okt 2018 22:20:00 359 0

Hitleri nüvə silahından məhrum edən diversant öldü  "Qannersayd" ƏMƏLİYYATI  FOTO

1943-cü ildə ağır su istehsalının məhv edilməsi üzrə ""Qannersayd" əməliyyatına komandanlıq edən norveçli İoahim Ryonneberq 99 yaşında dünyasını dəyişib.

Son.az xəbər verir ki, bu haqda "Röyters" agentliyi bildirib.

Ağır sudan nasist Almaniyası nüvə silahının hazırlanması üçün istifadə edə bilərdi.

Ryonneberq Olesunnedə 1919-cu ildə doğulub. O, 1940-cı ildə - Adolf Hitler Norveçi işğal edəndə Böyük Britaniyaya qaçır və müqavimətin iştirakçılarından biri olur. Hərbi hazırlığı keçib Norveçə qayıdan Ryonneberq nasistlərə qarşı bir neçə xüsusi əməliyyatda iştirak edir.


Xəbərə aid fotolar