"Oğlu olmadığına görə aborta apardılar" Uşağını bətnində öldürənlər VİDEO FOTO


Digərləri 22 Okt 2018 21:39:00 369 0

"Oğlu olmadığına görə aborta apardılar"  Uşağını bətnində öldürənlər  VİDEO  FOTO

Son.az ARB TV-yə istinadən xəbər verir ki, oğlanlarla qızlar arasındakı ayrıseçkilik həll olunmasa, onsuz da mövcud demoqrafik problemlər daha da acınacaqlı vəziyyət alacaq.

Sakin: "Mənim bir qızım var idi. Onun da iki qızı. Elə dedilər ki oğlu olsun. Oğlu olmadığına görə aborta apardılar".

Ailə qurduqdan sonra bətnindəki uşaq məhz qızdır deyə bir neçə dəfə aborta aparılıb. Oğlu olandan sonra isə vəziyyət dəyişib. Ailənin "arzusu" reallaşıb. 

Bu, minlərlə faktın sadəcə biridir və problem daha qlobaldır.

Rəna Abdullayeva - ƏƏSMN-in şöbə müdirinin müavini: "Dünyada qəbul olunmuş normaya əsasən hər 100 qıza 105-107 oğlan düşür. Azərbaycanda isə bu göstərici 100 qıza 114 oğlandır. Bu rəqəmə görə Çindən sonra ikinci yerdəyik. Belə davam edərsə, gələcəkdə qadın çatışmazlığı olacaq və əhalinin sayının artımına təsir göstərəcək".

Qeyri-rəsmi statistikaya görə 100 hamilə qadından 30-u körpəsini ana bətnindəcə öldürür. Onların nə qədərinin məhz bu problemdən qaynaqlandığını demək isə mümkün deyil.

Sakin: "Övlad övladdır, qız ya da oğlan olmasının fərqi yoxdur. İki qızım var, özümü ən xoşbəxt insan sayıram".


Xəbərə aid fotolar