Putin Ukraynaya sanksiya tətbiq etdi


Dünya 22 Okt 2018 20:54:00 243 0

Putin Ukraynaya sanksiya tətbiq etdi

Rusiya prezidenti Vladimir Putin "Ukraynanın Rusiya Federasiyasının vətəndaşlarına və hüquqi şəxslərinə münasibətdə qeyri-dost davranışları ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında" fərman imzalayıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, Putin bu fərmanla hökumətə sanksiyalar və onlara məruz qalacaq Ukrayna vətəndaşları və şirkətlərinin siyahısını hazırlamağı tapşırıb.

"Bu fərmanın qüvvəyə mindiyi gündən etibarən dövlət hakimiyyətinin federal orqanları öz fəaliyyətləri ilə konkret fiziki və hüquqi şəxslərə münasibətdə xüsusi iqtisadi tədbirlərin görülməsini təmin etməlidirlər" - fərmanda deyilir.