Biləsuvar gömrüyündə nəzarət gücləndirilir


Digərləri 22 Okt 2018 19:37:00 276 0

Biləsuvar gömrüyündə nəzarət gücləndirilir

Biləsuvar sərhəd-keçid gömrük məntəqəsində X-ray sistemini quraşdırmaqla qaçaqmalçılıq hallarının qarşısı alınacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Ərdəbil vilayətinin iqtisadi və maliyyə məsələləri üzrə idarəsinin baş direktoru Haşim Müzəffəri deyib.

H.Müzəffərinin sözlərinə görə, hazırda bu sistem Biləsuvar gömrüyündə quraşdırılmaqdadır və onun istifadəyə verilməsi ilə minik və yük maşınları daha dəqiq yoxlanılacaq.