İran "sikkə sultanı" haqqında edam hökmü verdi


Dünya 22 Okt 2018 19:24:00 307 0

İran "sikkə sultanı" haqqında edam hökmü verdi

İran Ali Məhkəməsi qanunsuz qızıl satışı ilə məşğul olan Vahid Məzlümi haqqında edam hökmü çıxarıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, "sikkə sultanı" kimi tanınan V.Məzlümi və dəstəsi barədə iş sentyabrın 17-də başlayıb. Dəstə valyuta və qızıl sikkə alverində ittiham olunub.